Əsas Səhifə > Hadisə > NATO-dan Gürcüstanla bağlı bəyanat
NATO-dan Gürcüstanla bağlı bəyanat23-01-2019, 20:16 |
|
NATO baş katibi Yens Stoltenberq martda Gürcüstana səfər edəcək. Rubrika.Az Oxu.Az -a istinaden xəbər verir ki, o, bunu Gürcüstan prezidenti Salome Zurabişvili ilə Brüsseldə keçirdiyi brifinqdə bəyan edib. Stoltenberq bildirib ki, səfər zamanı birgə təlimlərə baş çəkəcək, habelə Gürcüstan rəsmiləri ilə tərəfdaşlıq haqqında müzakirələr aparacaq. Gürcüstanın alyansa qəbuluna gəldikdə isə baş katib qeyd edib ki, bununla bağlı Gürcüstan və NATO qərar verməlidir: “Bu prosesə heç kimin müdaxilə etmək ixtiyarı yoxdur. Gürcüstan alyansın unikal tərəfdaşıdır”. Rubrika.Az Geri qayıt |