Əsas Səhifə > Hadisə > Putin Maduroya zəng etdi

Putin Maduroya zəng etdi


24-01-2019, 22:35
Putin Maduroya zəng etdi

Rusiya prezidenti Vladimir Putin Venesuela prezidenti Nikolas Maduro ilə telefonla danışıb.

Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, bu barədə Kremlin saytında yer alan məlumatda deyilir.

Bildirilir ki, Putin Venesuela hakimiyyətinə dəstəyini ifadə edib. O qeyd edib ki, xarici müdaxilə beynəlxalq hüquq normalarını kobud şəkildə pozur.

Maduro isə Venesuelada baş verən hadisələrin təhlükəli məcrada inkişafı ilə bağlı fikirlərini açıqlayıb və Rusiyaya tutduğu mövqeyə görə təşəkkür edib.


Rubrika.Az
Geri qayıt