Əsas Səhifə > İstisadiyyat > Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Azərbaycan nefti bir qədər də ucuzlaşdı


24-01-2019, 23:40
Azərbaycan nefti bir qədər də ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 23-də 62,74 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,44 dollar/barel azdır. Rubrika.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.



FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 61,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,4 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 59,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,33 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti əvvəlki qiymətlə müqayisədə dəyişməyib və 60,98 dollar/barel təşkil edib.


Rubrika.Az
Geri qayıt