Əsas Səhifə > Hadisə > Zabratda keçmiş məhkum heroinlə tutuldu

Zabratda keçmiş məhkum heroinlə tutuldu


25-01-2019, 10:38
Zabratda keçmiş məhkum heroinlə tutuldu

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb.

DİN mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Zabrat qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Ağayevdən 3 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdən isə çəkisi 1,2 kiloqram heroin götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

Rubrika.az
Geri qayıt