Əsas Səhifə > Hadisə > Ramiz Həsənoğluna AzTV-də vəzifə verildi
Ramiz Həsənoğluna AzTV-də vəzifə verildi25-01-2019, 18:31 |
|
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Rövşən Məmmədov kadr islahatlarını davam etdirir. Rubrika.Az-in Oxu.Az-a istinaden məlumata görə, o, Xalq artisti, tanınmış rejissor Ramiz Həsənoğluya vəzifə verib. Ramiz Həsənoğlu “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin direktoru təyin edilib. O, bu postda Əməkdar jurnalist Səyavuş Məmmədovu əvəz edib Xatırladaq ki, prezident İlham Əliyev yanvarın 15-də Arif Alışanovu qurumun sədri vəzifəsindən azad edib. Hazırda AzTV-də köhnə sədrin maliyyə işlərinə dair yoxlamalar gedir. Rubrika.Az Geri qayıt |