Əsas Səhifə > Hadisə > “Yanğın işi”: Dükana verilən pul həkimə çatmırdı
“Yanğın işi”: Dükana verilən pul həkimə çatmırdı25-01-2019, 19:15 |
|
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizlik üzrə mühəndisi, əməyin mühafizəsi mühəndisi Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədovun və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Rubrika.Az Oxu.Az-a istinaden xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Elman Əhmədov ifadə verib. O təqsirləndirilən şəxs Afət Məmmədovaya qarşı irəli sürülən rüşvət ittihamı barədə danışaraq deyib ki, 2013-cü ildən mərkəzin yaxınlığında olan ərzaq dükanını işlədib. Şahidin sözlərinə görə, təqsirləndirilən şəxs M.Məmmədovun həkimi Afət Məmmədova onun işlətdiyi dükandan xəstə üçün lazım olan məhsulları alırdı: “Afət xanım, əsasən, qənd, çay, toyuq əti alırdı. Məhəmmədin oğlu Vahid Məmmədovu 2014-cü ildən tanıyırdım, o, atası üçün alınan ərzaq məhsullarının pulunu verirdi”. Şahid qeyd edib ki, Vahid Məmmədov tərəfindən dükana verilən pullardan Afət Məmmədovaya heç nə çatmayıb, pulun yerinə həmişə ərzaq götürülüb. Təqsirləndirilən şəxs Məhəmməd Məmmədov isə deyib ki, ona hər həftə siqaret və digər məhsullar gətirilib: “Amma bunun kim tərəfindən alındığını bilmirdim”. Proses yanvarın 29-da davam etdiriləcək. Rubrika.Az Geri qayıt |