Əsas Səhifə > Hadisə > Bakıda yanğın olub
Bakıda yanğın olub25-01-2019, 22:31 |
|
Bakı şəhərində yanğın olub. Oxu.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib. Ümumi sahəsi 100 m² olan birmərtəbəli mansarda tipli binanın (birinci mərtəbəsi mağaza, mansardası tədris mərkəzi kimi fəaliyyət göstərir) mansardasının tavanı və dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə yanıb. Binanın qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Rubrika.Az Geri qayıt |