Əsas Səhifə > Hadisə > Gürcüstanda 716 nəfər qızılcaya yoluxdu
Gürcüstanda 716 nəfər qızılcaya yoluxdu26-01-2019, 21:48 |
![]() Bu ilin yanvar ayında Gürcüstanda qızılca xəstəliyinə 716 yoluxma halı qeydə alınıb. Rubrika.Az “Report”a istinadən xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib. O bildirib ki, xəstəliyə yoluxma halları ən çox Tbilisi şəhəri, Kaxeti, Sameqrelo və İmereti bölgələrində yayılıb: “Qızılcaya yoluxanların 52 faizini 20-40 yaş arası insanlar təşkil edir. Xəstəliyin yayılma dinamikası artır və yoluxmanın qarşısını almaq üçün yeganə vasitə peyvənd olunmaqdır”. Qonşu ölkədə 0-19 yaşarası insanlar üçün qızılcaya qarşı peyvənd məcburidir. Epidemiyanın qarşısını almaq məqsədilə hökumətin qərarı əsasında peyvənd bütün vətəndaşlar üçün ödənişsiz həyata keçirilir. Rubrika.Az Geri qayıt |