Əsas Səhifə > Hadisə > Milli Məclisin sabiq deputatı vəfat etdi
Milli Məclisin sabiq deputatı vəfat etdi26-01-2019, 23:48 |
![]() II çağırış Milli Məclisin (2000-2005-ci illər) 39 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə deputatı olmuş Xıdır Alovlu vəfat edib. Bu barədə Modern.az-a sumqayıtlı jurnalist Rəhman Orxan məlumat verib. Onun sözlərinə görə, bu il martın 2-də X.Alovlu 80 illik yubileyini qeyd etməyə hazırlaşırdı. Xıdır Binnət oğlu Alovlu 1939-cu il martın 20də Qərbi Azərbaycanda anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Uzun illər Sumqayıtda fəhlə, mühəndis, məkdəb direktoru, İcra Hakimiyyəti başçısının müavini işləyib. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının sədri, Siyası Şuranın üzvüdür. 2000-2005-ci illərdə Milli Məclisin deputatı olub. İqtisadiyyata, təhlükəsizliyə, sosial həyata bir sıra əsərlər yazıb, kitablar çap etdirib. O, həm də şair-yazıçı kimi tanınırdı. Allah rəhmət eləsin! Rubrika.Az Geri qayıt |