Əsas Səhifə > Hadisə > Cəbhə xəttində qarşıdurma Ermənistan üçün son dərəcə ağır nəticələnə bilər - Armen Ayvazyan

Cəbhə xəttində qarşıdurma Ermənistan üçün son dərəcə ağır nəticələnə bilər - Armen Ayvazyan


28-01-2019, 15:30
Cəbhə xəttində qarşıdurma Ermənistan üçün son dərəcə ağır nəticələnə bilər - Armen Ayvazyan

Ermənistan ordusundakı problemləri nə əvvəlki hakimiyyət həll etdi, nə də indiki rəhbərlik həll edir.

Rubrika.az-ın Trend-ə istinadən məlumatına görə, bunu erməni ekspert Armen Ayvazyan deyib.

O bildirib ki, Silahlı Qüvvələrin real ehtiyatının olmaması bir çox mütəxəssislərdə narahatlıq doğurur, lakin problemin həlli üçün hakimiyyətin hər hansı fəaliyyəti müşahidə olunmur: "Uzunmüddətli müharibədə Azərbaycan qarşısında davam gətirə bilmək üçün peşəkar ehtiyat hissələr vyaratmaq lazımdır".

A.Ayvazyan qeyd edib ki, əgər cəbhə xəttində qarşıdurma olsa, bu, Ermənistan üçün son dərəcə ağır nəticələnə bilər: "Anlamaq lazımdır ki, döyüş fəaliyyətinin bərpası ilə bağlı təhlükə hər an var".

Rubrika.az
Geri qayıt