Əsas Səhifə > Hadisə > Gürcüstanda qrip virusuna yoluxma halları azalır
Gürcüstanda qrip virusuna yoluxma halları azalır28-01-2019, 19:20 |
![]() Gürcüstanda qrip virusuna yoluxma halları azalır. Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib. Son məlumatlara əsasən, ölkədə 100 min sakinə 249 yoluxma halı düşür: “Ötən həftə bu göstərici 251 olub. Builki qrip mövsümündə virusun ən çox yayılma dövrü ötən ilin sonuncu həftəsinin axırında qeydə alınıb – 100 min sakinə 276 yoluxma halı. Yoluxma halları bu ilin ilk dörd həftəsində azalmağa başlayıb”. Qeyd edək ki, Gürcüstanda bu günə qədər qrip virusundan 20 nəfər ölüb. Onların 19 nəfərinin “donuz qripi” adlandırılan A (H1N1) virusundan ölməsi laboratoriya şəraitində təsdiq olunub. (Report) Rubrika.Az Geri qayıt |