Əsas Səhifə > Hadisə > Milli Məclisin İntizam komissiyasının üzvlərinin sayı artırılır
Milli Məclisin İntizam komissiyasının üzvlərinin sayı artırılır29-01-2019, 23:13 |
|
Milli Məclisin İntizam komissiyasının tərkibində dəyişiklik edilir. Rubrika.Az Oxu.Az-a istinaden xəbərinə görə, bununla bağlı məsələ parlamentin yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk plenar iclasında müzakirə və təsdiq ediləcək. Komissiyanın yeni tərkibi bu millət vəkillərindən ibarət nəzərdə tutulur: Ağacan Abiyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa, Malik Həsənov, Sevinc Hüseynova, Hikmət Məmmədov, Pərvin Kazımzadə və Fəzail İbrahimli. Həmçinin, millət vəkili Kamran Nəbizadə komissiyanın tərkibindən çıxarılıb. Qeyd edək ki, qanunvericiliyə edilən son dəyişikliyə əsasən, İntizam komissiyasının üzvlərinin sayı 7-dən 11-ə artırılıb. Rubrika.Az Geri qayıt |