Əsas Səhifə > Hadisə > Türkiyə Parlamentinin spikeri istefa verir
Türkiyə Parlamentinin spikeri istefa verir30-01-2019, 11:33 |
|
Türkiyə Parlamentinin spikeri Binəli Yıldırım istefaya getmək barədə qərar verib. Rubrika.az-ın Trend-ə istinadən məlumatına görə, türkiyəli spiker fevralın 18-də rəsmi olaraq istefa verəcəyini bəyan edib. B.Yıldırım istefasının İstanbul bələdiyyəsinin başçısı postuna namizədliyini irəli sürmək qərarı ilə bağlı olduğunu bildirib. Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri bu il martın 31-də keçiriləcək. Burada bələdiyyə seçkiləri hər 5 ildən bir keçirilir. Rubrika.az Geri qayıt |