Əsas Səhifə > Hadisə > Sumqayıtda faciə - Binanın blokundan 38 yaşlı kişinin meyiti tapıldı
Sumqayıtda faciə - Binanın blokundan 38 yaşlı kişinin meyiti tapıldı30-01-2019, 15:56 |
|
Sumqayıtda binanın blokundan 38 yaşlı kişinin meyiti tapılıb. Rubrika.az Publika.az-a istinadla xəbər verir ki, səhər saatlarında şəhərin şəhərin 3-cü mikrorayonunda binanın blokunda naməlum kişi meyiti aşkarlanıb. İlkin araşdırma zamanı ölən şəxsin Sumqayıt şəhər sakini 1981-ci il təvəllüdlü Mirzəyev Səməd Rafael oğlu olması müəyyən edilib. Onun hansı səbəbdən öldüyünü dəqiqləşdirmək üçün ekspertiza təyin edilib. Faktla bağlı araşdırma aparılır. Rubrika.az Geri qayıt |