Əsas Səhifə > Hadisə > Prokuror iş adamlarına qarşı dələduzluq edən şirkət rəhbərinə cəza istədi
Prokuror iş adamlarına qarşı dələduzluq edən şirkət rəhbərinə cəza istədi30-01-2019, 17:04 |
|
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Velizade production” şirkətinin rəhbəri Tural Vəlizadənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Rubrika.Az-ın Trend-ə istinadən məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsə cəza istəyib. Dövlət ittihamçısı T.Vəlizadənin 9 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin növbəti iclası fevralın 5-nə təyin edilib. İttihama görə, T.Vəlizadə dörd nəfərə qarşı dələduzluq etməkdə ittiham olunur. O, azərbaycanlı iş adamlarına Türkiyənin tanınmış müğənniləri - Sıla və Ebru Gündeşin Bakıda konsertini təşkil edəcəyinə söz verərək onlardan 200 min dollar alıb, lakin sonradan vədinə əməl etməyib. Zərərçəkmişlərin şikayətləri əsasında saxlanılan T.Vəlizadənin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib. O, ittiham üzrə özünü təqsirli bilmədiyini və iş adamlarından pulu borc aldığını deyib. Rubrika.Az Geri qayıt |