Əsas Səhifə > Hadisə > Rəsmi Bakı Paşinyana cavab verdi
Rəsmi Bakı Paşinyana cavab verdi31-01-2019, 18:48 |
|
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ məsələsində sülh əvəzinə ərazilərin qaytarılması imkanlarını müzakirə etməyəcək” kimi bəyanatına münasibət bildirib. XİN-nin mətbuat xidmətinin rəhbəri Leyla Abdulalyeva Oxu.Az-a açıqlamasında qeyd edib ki, Paşinyanın məntiqini anlamaq çətindir. “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında aparılan danışıqların təməlində, məhz Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çaxırılması durur. Bu tələb BMT-nin Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsində, eləcə də münaqişənin həlli ilə bağlı demək olar ki, bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə əks olunur. Belə olduğu təqdirdə sual meydana çıxır: cənab Paşinyanın bu mövqeyi onun danışıqlardan imtina etməsi deməkdirmi?”, - deyə o qeyd edib. Rubrika.Az Geri qayıt |