Əsas Səhifə > Hadisə > Tiflisdə mənzildə qaz sızması olub, 7 nəfər ölüb
Tiflisdə mənzildə qaz sızması olub, 7 nəfər ölüb31-01-2019, 19:23 |
![]() Gürcüstan paytaxtı Tbilisinin Ketevan Tsamebuli prospektində yerləşən yaşayış binalarından birinin mənzilində qaz sızması baş verib. Rubrika.Az “Report”un Gürcüstan bürosu-na istinaden xəbər verir ki, hadisə nəticəsində 7-ci mərtəbədə yaşayan 7 nəfər ölüb. Onlar bir otaqda yaşayırmışlar. Hadisə şahidlərinin sözlərinə görə, ölən şəxslər həmin mənzildə kirayədə qalırmışlar və tikintidə çalışırmışlar. Mənzildə su qızdırıcısının kustar üsulla quraşdırıldığı müəyyən olunub. Hazırda ölənlərin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində işlər aparılır. Rubrika.Az Geri qayıt |