Əsas Səhifə > Hadisə > Nikol Paşinyan İrana gedəcək
Nikol Paşinyan İrana gedəcək31-01-2019, 23:36 |
![]() Ermənistanın baş naziri Nikol Paşinyan İrana rəsmi səfər edəcək. Rubrika.Az xeber verir ki, Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, Paşinyan bu barədə Kölndə erməni icması ilə görüşdə bildirib. “27 fevralda mən İrana rəsmi səfər edəcəyəm”-Paşinyan deyib. Qeyd edək ki, N.Paşinyanın yanvarın 31-də Almaniyaya səfər edib. 1 fevralda onun kansler A.Merkellə görüşü gözlənilir. Lakin erməni baş nazirin İran səfəri barədə Avropada olarkən, az qala bir ay qabaqcadan anons etməsi də çox maraqlıdır. İranın Qərb sanksiyalarına məruz qaldığı bir dövrdə Paşinyanın Tehrana səfər edəcəyini bəyan etməsi çox güman ki, məqsədlidir. Ermənni baş nazir şübhəsiz ki, bununla Avropadan ölkəsi üçün güzəştlər və yardım qoparmaq istəyir. Xatırladaq ki, parlament seçkilərindən qabaq Paşinyan lazım gələrsə, Qərbin maraqlarını nəzərə alıb İranla sərhədləri qapayacağının da anonsunu vermişdi. Rubrika.Az Geri qayıt |