Əsas Səhifə > Hadisə > İmişlidə fərdi yaşayış evi yanıb - VİDEO

İmişlidə fərdi yaşayış evi yanıb - VİDEO


1-02-2019, 23:26
İmişlidə fərdi yaşayış evi yanıb - VİDEO

İmişli rayonunda fərdi yaşayış evi yanıb.

Rubrika.Az "Report"un Qarabağ bürosu-na istinaden verdiyi məlumata görə, hadisə rayonun Yalavac kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini Ceyhun Eldar oğlu Əliyevə məxsus birmərtəbəli fərdi yaşayış evi əşyaları ilə birlikdə tamamilə yanıb.

Hadisəyə elektrik naqillərində qısaqapanma səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.



Rubrika.Az
Geri qayıt