Əsas Səhifə > Hadisə > Donald Tramp Konqresə illik müraciətində demokratları ABŞ-ı zəiflətməməyə çağırıb
Donald Tramp Konqresə illik müraciətində demokratları ABŞ-ı zəiflətməməyə çağırıb6-02-2019, 15:57 |
![]() “Amerika heç vaxt sosialist dövləti olmayacaq” Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Tramp “Ölkədəki vəziyyət haqqında” Konqresə illik müraciətlə çıxış edib. ABŞ lideri əsas diqqəti iqtisadiyyat, miqrasiya, xarici siyasət məsələlərinə yönəldib. Çıxışının ilk bölümünü iqtisadiyyata həsr edən dövlət başçısı prezidentliyinin ilk iki ili ərzində əldə olunan nailiyyətlərdən danışıb. O, bu müddət içində ABŞ-da 2 dəfə çox iqtisadi böyümənin qeydə alındığını bildirib. Bundan başqa, Tramp son 50 ildə ən aşağı işsizlik səviyyəsinə və yeni iş yerlərinin yaranmasına diqqət çəkib. Donald Tramp “fəlakət” deyə qələmə verdiyi ticarət sazişlərinin və ümumiyyətlə, bununla bağlı aparılan siyasətin yenidən gözdən keçiriləcəyini söyləyib. Prezident demokratları Ağ Ev administrasiyasına qarşı təhqiqatı başa çatdırmağa çağırıb. “Hazırda ABŞ iqtisadi möcüzə dövrünü yaşayır. Buna isə səfeh müharibələr, siyasət və gülünc araşdırmalar mane ola bilər. Əgər siz qanun və sülh istəyirsinizsə müharibə və araşdırma olmamalıdır,”-deyə Donald Tramp qeyd edib. Trampın söylədiyinə görə, ABŞ heç vaxt sosialist dövlət olmayacaq. “Burada bizi sosializmi tətbiq etməyə çağıranlar var. Amerika məcburiyyət, dominantlıq və hökumət tərəfindən nəzarət üzərində deyil, azadlıq və müstəqillik prinsipləri əsasında qurulub”. ABŞ prezidenti öz çıxışının əhəmiyyətli hissəsini Meksika ilə sərhəddə tikilməsi planlanan divara həsr edib. O, demokratları bu məsələdə də ölkə rəhbərliyi ilə həmrəy olmağa çağırıb. ABŞ-ın Rusiya ilə imzalanan orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxması növzusuna toxunan Donald Tramp bu məsələdə rəsmi Moskvanı günahlandırıb. Donald Tramp bənzər müqavilənin Çinlə imzalanması ehtimalını dilə gətirərək əks təqdirdə ABŞ-ın yeni silahlar və innovasiyalarla bağlı xərclərdə rəqiblərini qat-qat üstələyəcəyini söyləyib. ABŞ ordusunu dünyanın ən qüdrətli silahlı qüvvələri adlandıran Donald Tramp “Amerikaya ölüm” şüarından əl çəkməyən İran üzərindən diqqətlərini qaçırmayacaqlarını bildirib. O, həmçinin ölkəsini ən yeni raket əleyhinə müdafiə sistemini quracağını vurğulayıb. “Mənim administrasiyam heç vaxt ölkənin maraqlarının müdafiəsi üçün üzr istəyən deyil”,-deyə Trampın çıxışında beə bir cümlə səslənib. Amerikanın lideri həmçinin Venesuelada Nikolas Maduroya qarşı çıxanlara dəstək verəcəyini sözlərinə əlavə edib. Bundan başqa o, Əfqanıstanda Talibanla danışıqlar aparıldığını təsdiqləyərək əsas məqsədlərinin ABŞ ordusunu bu ölkədən çıxarılması olduğunu qeyd edib. Donald Tramp gələcək dövrdə Rusiya ilə kosmos sahəsində əməkdaşlığı məhdudlaşdıracaqlarını da qeyd edib. O, bu ildən ABŞ kosomonavtlarının Rusiya “Soyuz”larında deyil, yerli kosmik gəmilərdə uçacaqları vədini verib. Rubrika.az Geri qayıt |