Əsas Səhifə > Hadisə > Rayonlardakı zəlzələnin Bakının bütün ərazisində hiss olunmamasının SƏBƏBİ açıqlandı
Rayonlardakı zəlzələnin Bakının bütün ərazisində hiss olunmamasının SƏBƏBİ açıqlandı6-02-2019, 16:40 |
|
İsmayıllıda 6 bal gücündə baş verən zəlzələ orta güclü yeraltı təkandır. Rubrika.az-ın Trend-ə istinadən məlumatına görə, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, dünənki zəlzələ Bakının Xətai, Yasamal, Nəsimi rayonlarında hündürmərtəbəli binalarda hiss edilib. Q.Yetirmişli zəlzələnin Bakının bütün ərazisində hiss edilməməsini onun mürəkkəb geoloji quruluşu ilə əlaqələndirib: "Bakının geoloji quruluşu çox mürəkkəbdir. Buna görə də eyni layihə ilə tikilən binanın bir hissəsi 1 bal, digər hissəsi başqa bala uyğun gəlir. Buna görə də Bakıda tikinti aparılan hər bir ərazinin seysmikliyi dəqiqliklə müəyyən edilməlidir". Rubrika.az Geri qayıt |