Əsas Səhifə > Hadisə > İstanbulda ölənlərin sayı 10 nəfərə çatdı

İstanbulda ölənlərin sayı 10 nəfərə çatdı


7-02-2019, 22:16
İstanbulda ölənlərin sayı 10 nəfərə çatdı

İstanbulda yaşayış binasının dağıntıları altından daha dörd nəfərin cəsədi tapılıb. Bununla da binanın çökməsi nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul valiliyinin məlumatına görə, hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Əməliyyatların gedişində dağıntılar altından 13 nəfər sağ çıxarılıb.



Qeyd edək ki, hadisə fevralın 6-da baş verib. Yeddi mərtəbəli binadakı 14 mənzildə 43 nəfərin qeydiyyatda olduğu bildirilir. Hadisənin səbəbləri araşdırılır.


Rubrika.Az
Geri qayıt