Əsas Səhifə > Hadisə > Daha 3 kredit ittifaqının lisenziyası ləğv edildi
Daha 3 kredit ittifaqının lisenziyası ləğv edildi8-02-2019, 11:14 |
![]() Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən daha 3 kredit ittifaqının lisenziyası ləğv edilib. Bunlar Bərdə rayonundakı “Fim-Finans”, Salyan rayonundakı “Firavan” və Xaçmaz rayonundakı “Şans” kredit ittifaqlarıdır. Son nəticədə ölkədə kredit ittifaqlarının sayı 57-dən 54-ə düşüb. Rubrika.az Geri qayıt |