Əsas Səhifə > Hadisə > Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan cərimələnib

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan cərimələnib


8-02-2019, 15:40
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan cərimələnib

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, fevralın 7-də Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi və Xətai Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 1 mağazada satıcının yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktı aşkar edilmişdir.

Polis əməkdaşları tərəfindən həmin satıcı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunmuşdur.

Bu istiqamətdə reydlər davam etdirilir.

Rubrika.Az
Geri qayıt