Əsas Səhifə > Hadisə > Həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
Həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb8-02-2019, 16:20 |
![]() Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adamöldürməyə cəhddə təqsirləndirilən Ceyhun Məşirovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Rubrika.az-in "Report"a istinadla xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası fevralın 18-nə təyin edilib. Qeyd edək ki, C.Bayramov münaqişə zəminində həyat yoldaşı Səidə Bəşirovanı bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan C.Bəşirovun barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Rubrika.az Geri qayıt |