Əsas Səhifə > Hadisə > Borclu kimi axtarışda olan daha 50 nəfər saxlanıldı
Borclu kimi axtarışda olan daha 50 nəfər saxlanıldı9-02-2019, 17:40 |
![]() Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, ötən gün ərzində 33 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 35 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 67 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 50 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Ölkənin avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb. Rubrika..az Geri qayıt |