Əsas Səhifə > Hadisə > Türkiyə nəhənglərinin nümayəndələri Bakıda - FOTO
Türkiyə nəhənglərinin nümayəndələri Bakıda - FOTO12-02-2019, 18:35 |
|
Bu gün Bakıda Avropa Klublar Birliyinin (ECA) regional iclası keçirilib. Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, “Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə paytaxtımızda baş tutan iclasda Türkiyə (“Beşiktaş”, “Fənərbaxça”, “Başakşəhər”), İsrail (“Makkabi” Hayfa, “Makkabi” Təl-Əviv) və Rusiya (“Zenit”, ÇSKA, “Lokomotiv”), Moldova (“Zimbru”, “Daçiya”), Belarus (“Dinamo”), Litva (“Jalqiris”) və Azərbaycan (“Neftçi”, “Qəbələ” və “Qarabağ”) klublarının nümayəndələri iştirak edib. İclasda 2021-2024-cü illərdə baş tutacaq yarışların reqlamenti və keçirilməsi, Avropa Liqası-2 turnirinin mahiyyəti müzakirə olunub. Qeyd edək ki, “Neftçi”nin prezidenti Kamran Quliyev, eləcə də “Qarabağ” və “Qəbələ”nin baş menecerləri – Asif Əsgərov və Zaur Əzizov ECA-nın İşçi Qrupunun büro üzvləridir. Martın 25-də Hollandiyanın paytaxtı Amsterdamda isə ECA-nın Baş Assembleyası keçiriləcək. Orada regional iclasda səsləndirilən fikirlər ümumiləşdiriləcək və daha sonra UEFA-ya təqdim olunacaq. Rubrika.Az Geri qayıt |