Əsas Səhifə > Hadisə > İndiyədək 4 siyasi partiya illik maliyyə hesabatı verib
İndiyədək 4 siyasi partiya illik maliyyə hesabatı verib13-02-2019, 10:20 |
![]() Mərkəzi Seçki Komissiyasına (MSK) 2018-ci il üzrə maliyyə hesabatını təqdim edən siyasi partiyaların sayı məlum olub. Rubrika.az “Report”a istinad'n xəbər verir ki, bu ilin əvvəlindən indiyədək 4 siyasi partiya illik maliyyə hesabatını MSK-ya təqdim edib. Bunlar hakim Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Xalq Demokratik Partiyası, “Birlik” Partiyası və Azərbaycan Naminə Alyans Partiyasıdır. Qeyd edək ki, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. Rubrika.az Geri qayıt |