Əsas Səhifə > Hadisə > Prezidentdən nazir müavini ilə bağlı sərəncam
Prezidentdən nazir müavini ilə bağlı sərəncam14-02-2019, 18:24 |
|
Prezident İlham Əliyev xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin təltif edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə AZƏRTAC məlumat yayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Mahmud Əhməd oğlu Məmməd-Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Qeyd edək ki, Mahmud Məmməd-Quliyev 1949-cu il fevralın 15-də Gəncə şəhərində anadan olub. Sabah onun 70 yaşı tamam olur. Rubrika.Az Geri qayıt |