Əsas Səhifə > Hadisə > Nazir: Sosial müavinətlərin məbləği artırılacaq
Nazir: Sosial müavinətlərin məbləği artırılacaq14-02-2019, 19:04 |
|
Əhaliyə verilən sosial müavinətlərin məbləğinin artırılması ilə bağlı işlər aparılır. Rubrika.Az Oxu.Az-a istinaden məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri sahil Babayev mətbuat konfransında deyib. Onun sözlərinə görə, müavinətlərin sayı çoxdur və onların unifikasiyasına ehtiyac var: “Bu gün 80-ə qədər müxtəlif müavinət növü var. Onların daha sadələşdirilib cəmləşdirilməsinə və məbləğə kompleks olaraq baxılır. Çünki bəzi müavinətlərin vaxtı keçib, bəzi müavinətlərin məbləği isə aşağıdır. Fikrimcə, bəzi kateqoriya insanlar var ki, bundan kənarda qalıblar. Onlarla bağlı layihə hazırlanır. Sosial müavinət alanlara konseptual yanaşma olacaq”. Nazir bildirib ki, hazırda sosial müavinət alanların sayı 500 min nəfərdir: “Sürətli qərar vermək olmaz. Bu, 500 min insanın həyatına təsir edəcək addımdır. Bu barədə ətraflı araşdırma aparılır. Asiya və Dünya Bankının ekspertlərini dəvət etmişik, onlar da rəylərini verdikdən sonra yekun sənədi verəcəyik”. Sahil Babayev əmək pensiyalarının ötən il üzrə orta aylıq nominal əməkhaqqına uyğun indeksasiyası ilə bağlı ciddi iş aparıldığını deyib. Nazir qeyd edib ki, bu proses kifayət qədər vaxt aparır: “Bir milyon 300 min insanın hər birinin şəxsi vərəqəsində bu rəqəmlər işlənməlidir. Onların böyük qismində bu rəqəmlər elektron şəkildə izlənilir. Amma bəzi spesifik sahələrdə - hərbi qulluçular və digər şəxslərin məxfiliyi nəzərə alaraq, burada kağız üzərində iş gedir. Bu proses artıq yekunlaşıb. Qrafikdə ilk mərhələ Naxçıvan və Bakıya aiddir. İki gün öncədən başlayaraq Naxçıvanda pensiyalar artımla verilib. Bakı üzrə ödənişlərə başlanılıb. Ondan sonra digər rayonlara da keçiriləcək”. Qeyd edək ki, prezident İlham Əliyev fevralın 7-də əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam verib. Sənədə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılır ki, 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2019-cu ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması təmin edilməlidir. Həmçinin, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirilməlidir. Rubrika.Az Geri qayıt |