Əsas Səhifə > İdman > 2030-cu il futbol üzrə dünya çempionatını 4 ölkə birlikdə təşkil etmək istəyir
2030-cu il futbol üzrə dünya çempionatını 4 ölkə birlikdə təşkil etmək istəyir15-02-2019, 10:21 |
|
Argentina, Çili, Paraqvay və Uruqvay prezidentləri 2030-cu ildə futbol üzrə dünya çempionatının təşkili üçün birgə ərizə təqdim etmək qərarına gəliblər. Rubrika.az-ın Trend-ə istinadən məlumatına görə, dövlət başçıları FIFA-ya 1930-cu ildə Uruqvayda keçirilmiş ilk dünya çempionatının 100 illiyinin bayram edilməsi barədə ümumi mövqelərini çatdıracaqlar. Bundan əvvəl Uruqvayın idman naziri Fernando Kaseres bəyan etmişdi ki, ölkəsi 2030-cu ildə dünya çempionatlarının 100 illik yubileyini qeyd etmək istəyir, lakin bunu tək təşkil etmək imkanı yoxdur. Qeyd edək ki, sonuncu - 2018-ci il dünya çempionatı Rusiya keçirilib. Növbəti mundial isə 2022-ci ildə Qətərdə təşkil ediləcək. Rubrika.az Geri qayıt |