Əsas Səhifə > Hadisə > Keçən il Azərbaycana pul köçürmələri artıb
Keçən il Azərbaycana pul köçürmələri artıb15-02-2019, 18:19 |
![]() Ötən il Azərbaycana daxil olan pul baratları 1 milyard 80 milyon ABŞ dolları təşkil edib. Rubrika.Az Virtualaz.org-a istinaden bildirir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci il üzrə pul siyasəti icmalında belə deyilir. Qeyd olunur ki, keçən il iqtisadi tərəfdaş ölkələrində iqtisadi artımın davam etməsi qeyri-neft ixracı ilə yanaşı, ölkəyə daxil olan pul baratlarının dinamikasına da təsir edib. İlkin rəqəmlərə əsasən, il ərzində ölkəyə daxil olan pul baratları 1 milyard 80 milyon dollar olub və bu, əvvəlki illə müqayisədə 6 faiz çoxdur. Rubrika.Az Geri qayıt |