Əsas Səhifə > Hadisə > “Azərsu”ya məxsus avtomobil avtobusa çırpıldı

“Azərsu”ya məxsus avtomobil avtobusa çırpıldı


15-02-2019, 21:44
“Azərsu”ya məxsus avtomobil avtobusa çırpıldı

Kürdəmir rayonunda yol qəzası baş verib. Rubrika.Az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 186-cı km-də, rayonun Çöhranlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


Belə ki, Kürdəmir rayon sakini Füzuli Ata oğlu Əzimovun idarə etdiyi "Azərsu" ASC-yə məxsus "Mitsubishi" markalı pikapa dönmə əməliyyatı edərkən İlqar Məhəmməd oğlu Alıyevin idarə etdiyi sərnişin avtobusu çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyat vasitəsinə xeyli ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.


Rubrika.Az
Geri qayıt