Əsas Səhifə > Hadisə > Rüşvət verməkdə ittiham olunan İsveç şirkətinin sabiq rəhbəri bəraət alıb

Rüşvət verməkdə ittiham olunan İsveç şirkətinin sabiq rəhbəri bəraət alıb


16-02-2019, 12:20
Rüşvət verməkdə ittiham olunan İsveç şirkətinin sabiq rəhbəri bəraət alıb

İsveçin Telia Sonera Telekommunikasiya Şirkətinin Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnara Kərimovaya rüşvət verməkdə ittiham olunan sabiq direktoru və iki pop-menenceri Stokholm məhkəməsində bəraət alıb.

Rubrika.az AZƏRTAC-a istinadən xəbər verir ki, şirkətin sabiq direktoru Lars Nüberq, Avrasiya bazarı üzrə məsul Türo Kivissari və şirkətin hüquqşünaslarından biri 2007-ci ildən 2010-cu ilədək Gülnara Kərimovaya 300 milyon avro rüşvət verməkdə ittiham olunurdular.

Məhkəmənin nümayəndəsi bildirib ki, ittiham olunanlar bütün maddələr üzrə təqsirsiz bilinib.

Rubrika.az




Geri qayıt