Əsas Səhifə > Hadisə > Rusiya: iqtisadiyyatın 20 faizi gizlidir
Rusiya: iqtisadiyyatın 20 faizi gizlidir22-02-2019, 20:37 |
![]() Rusiyanın Maliyyə Monitorinqi Xidməti kölgə iqtisadiyyatı ilə bağlı yeni hesabat açıqlayıb.Rubrika.Az Novator.az-a istinaden xəbər verir ki, hesabata əsasən, 2018-ci ildə Rusiyada kölgə iqtisadiyyatının həcmi 20,7 trilyon rubl (1 dollar 65,5 rubldur) olub. Bu, ümumi daxili məhsulun 20 faizi deməkdir. 2015-2016-cı illərdə ölkədə kölgə iqtisadiyyatının həcmi ümumi daxili məhsulun 28 faizini təşkil edib. Kölgə iqtisadiyyatına qeydiyyatsız idxal, qeyri-rəsmi ödənişlərdən əldə olunan gizli gəlirlər aid edilir. Rusiya Federal Statistika Xidmətinin 2018-ci ilin 9 aylıq hesabatına görə, ölkədə 14,9 milyon nəfər, ümumi çalışanların 20,4 faizi qeyri-rəsmi fəaliyyət göstərir. Rubrika.Az Geri qayıt |