Əsas Səhifə > Dünya > ABŞ daha iki ölkədə hakimiyyəti dəyişmək istəyir
ABŞ daha iki ölkədə hakimiyyəti dəyişmək istəyir23-02-2019, 19:42 |
|
ABŞ təkcə Venesuelada yox, Nikaraqua və Kubada da hakimiyyəti dəyişmək istərdi. Bu haqda ABŞ dövlət katibi Mayk Pompeo “Telemundo” telekanalına verdiyi müsahibədə bildirib. Jurnalist Vaşinqtonun Nikaraqua və Kubada qeyri-demokratik rejimlərə qarşı mübarizə aparmaq niyyətində olub-olmadığını öyrənməyə çalışıb. Pompeo təsdiq cavabı verib. “Etiraf edirik ki, bu ölkələrin hökumətləri öz xalqına qan uddurur, real təhdidlər yaradırlar: ümumilikdə təhlükəsizliyə və ayrı-ayrı fərdlərə təhdid yaradırlar, insanları təməl azadlıqlardan məhrum edirlər”, - amerikalı ali diplomat bildirib. Pompeo qeyd edib ki, Tramp administrasiyası təkcə Venesuelada yox, qeyd olunan iki ölkədə də müsbət dəyişikliklərin əldə olunması üzərində çalışır. Rubrika.Az Geri qayıt |