Əsas Səhifə > Dünya > Əsəd rejimi İdlib şəhərini toplarla atəşə tutdu

Əsəd rejimi İdlib şəhərini toplarla atəşə tutdu


23-02-2019, 23:41
Əsəd rejimi İdlib şəhərini toplarla atəşə tutdu

Suriyada Bəşər Əsəd rejimi və İrandan dəstək alan terrorçu qruplaşmalar İdlib şəhərində təhlükəsizlik bölgəsindəki yaşayış məntəqələrini toplarla atəşə tutub.

Rubrika.Az Axar.az-a istinaden xəbər verir ki, hücumlar nəticəsində 5 mülki vətəndaş həlak olub, 4 nəfər yaralanıb.

“Ağ dəbilqəlilər” mülki-müdafiə agentliyinin direktoru Mustafa Həcc Yusif “Anadolu” agentliyinə açıqlamasında rejim qüvvələrinin hücumlara davam etdiyini söyləyib.

Qeyd edək ki, Əsəd rejiminin bu ilin əvvəlindən bəri İdlib şəhərində təhlükəsizlik bölgələrinə hücumları nəticəsində ən azı 80 nəfər həlak olub, 265-dən çox insan yaralanıb.


Rubrika.Az
Geri qayıt