Əsas Səhifə > Hadisə > Baş nazirin müavini: Yenə kimsə Azərbaycan neftini ələ keçirmək istəyəcək

Baş nazirin müavini: Yenə kimsə Azərbaycan neftini ələ keçirmək istəyəcək


25-02-2019, 18:30
Baş nazirin müavini: Yenə kimsə Azərbaycan neftini ələ keçirmək istəyəcək

Bu gün Azərbaycanın yaratdığı imkanların üstünə qara xətt çəkmək, gəncləri çaşdırmaq istəyən qüvvələr var.

Rubrika.Az Oxu.Az-a istinaden xəbərinə görə, bunu baş nazirin müavini Əli Əhmədov deyib.

Vitse-premyer bildirib ki, Azərbaycan 1990-cı illə müqayisədə, çox dəyişib.

Onun sözlərinə görə, 1990-cı ilin əvvəllərində Azərbaycanda dərəbəylik hökm sürürdü, ölkə böhran içində idi:

“Milli iqtisadiyyat tamamilə çökmüşdü. İnsanlar evlərindən çıxanda geriyə qayıdacaqlarına inanmırdılar. Bu gün isə bizim gənclərimiz, vətəndaşlarımız ölkəmizdə görülən müsbət işlərin dəyərini bilməlidirlər. İndi Azərbaycanda sabitlik, əmin-amanlıq var.

O zaman Azərbaycanda əhalinin sayı yeddi milyon nəfər idi, indi isə 10 milyona yaxın olub. Ermənistanda isə əhalinin sayı azalıb. Bütün bunlar Azərbaycanın düzgün siyasət yürütdüyünə görə olub”.

Ə.Əhmədov qeyd edib ki, bütün dövlətlər bu və ya digər dərəcədə təzyiqlərə məruz qalıb, o cümlədən, Azərbaycan da belə təzyiqlərlə üzləşib və kənardan yenə də bu təzyiqlər var.

“Dövlətimiz daxildən güclü olmasa, yenə də kimsə onu daxildən sarsıda bilsə, bu, 1992-ci ildəki faciələrə gətirib çıxarar. Yenə də kimsə Azərbaycanın neftini, qazını ələ keçirmək istəyəcək, yaxud torpağımızla, xalqla bağlı hansısa niyyətlərini həyata keçirmək istəyəcəklər. Amma vətəndaşlar dövlət ətrafında sıx birləşsə, belə olmaz”, - deyə o əlavə edib.

Rubrika.Az
Geri qayıt