Əsas Səhifə > Hadisə > Bakı metrosu yenidən qarışdı: Sərnişin dolu qatar tuneldə qaldı - YENİLƏNİB
Bakı metrosu yenidən qarışdı: Sərnişin dolu qatar tuneldə qaldı - YENİLƏNİB26-02-2019, 15:16 |
|
09:04 Bakıda metroda qatarların intervalında gecikmələr yaranıb. Rubrika.Az xəbər verir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, gecikmələr stansiyalarda sərnişin sıxlığı ilə əlaqədardır: "Səhər saatlarında stansiyalarda güclü sərnişin sıxlığı müşahidə olunur. Stansiyalarda sərnişinlər çox olduğundan qatarlar platformadan gec çıxmaq məcburiyyətində qalır. Bu da qatarların intervalında gecikmə ilə nəticələnib". 09:02 Səhər saatlarında Bakı metrosu növbəti problemlə üzləşib. Milli.Az-a stansiya əməkdaşlarının verdiyi məlumata görə qatarda nasazlıq yaranıb. Yaranan nasazlıq intervalda gecikmələrə səbəb olub ki, bu da platformlarda sərnişin sıxlığına gətirib çıxarıb. Sərnişinlərin Milli.Az-a verdiyi məlumata görə, "Həzi Aslanov"dan "Dərnəgül"ə hərəkətdə olan sərnişin dolu qatar "Gənclik" - "28 May" stansiyası istiqamətində 15 dəqiqəyə yaxın tuneldə qalıb. Yaranan problemin hələ də aradan qaldırılmadığı deyilir. Rubrika.az Geri qayıt |