Əsas Səhifə > Hadisə > Bu məktəb 40 ildir təmir olunmur - FOTO

Bu məktəb 40 ildir təmir olunmur - FOTO


26-02-2019, 19:21
Bu məktəb 40 ildir təmir olunmur - FOTO

Tovuz rayon Köhnəqala kənd orta məktəbi yarasız vəziyyətdədir.

Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, bu barədə sosial şəbəklərdə paylaşım edilib.

Məktəb binasının uçuq-sökük, sinif otaqlarının isə soyuq və yararsız olması diqqətə çatdırılıb. Kənd sakinlərinin sözlərinə görə, şagirdlər çox çətin şəraitdə məktəbə gedirlər. 40 ildir istifadəyə verilən məktəb bir dəfə dә təmir olunmayıb.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna Təhsil Nazirliyindən cavab verilib. Bildirilib ki, hazırda Tovuz rayon Köhnəqala kənd orta məktəbinin yenidən qurulması üçün müvafiq qurumlarla danışıqlar aparılır.
Bu məktəb 40 ildir təmir olunmur - FOTO
Rubrika.Az
Geri qayıt