Əsas Səhifə > Hadisə > Ermənilər İstanbulda biznesmeni qətlə yetirib Ermənistana qaçdılar - 2 erməni həbs edildi

Ermənilər İstanbulda biznesmeni qətlə yetirib Ermənistana qaçdılar - 2 erməni həbs edildi


26-02-2019, 23:09
Ermənilər İstanbulda biznesmeni qətlə yetirib Ermənistana qaçdılar - 2 erməni həbs edildi

Ermənistan vətəndaşları A.Narek və A.Armen Türkiyədə saxlanılıb.

Rubrika.Az Musavat.com -a istinaden xəbər verir ki, bu barədə erməni mediası Türkiyədəki mənbələrə istinadən məlumat yayıb. Həmin məlumata görə, İstanbulda 58 yaşlı biznesmen Sedat Yongelin evində xidmətçi olan 46 yaşlı Ermənistan vətəndaşı M.Stella oğlu M.Varlamla birlikdə iş adamının qətlini planlaşdırıb.

Onlar S.Yongeli qaldıqları evə dəvət ediblər və onu orada öldürüblər. Bundan sonra qatillər sahibkarın üzərindən 10 min dollar götürüblər. Ancaq bununla kifayətlənməyərək onun iş yerinə gediblər. Biznesmenin çalışdığı yerdən 200 min lirəlik qızıl götürüblər. Yalnız bundan sonra qatil ermənilər Gürcüstan yolu ilə Ermənistana qaçıblar.

İtkin düşən biznesmenin oğlu isə Stellanın oğlundan atasının yeri barədə telefon mesajı alır. Polis də dərhal göstərilən ünvana gedir və sahibkarın meyitini aşkarlayır. Məlumatda deyilir ki, polis əməliyyatı nəticəsində şübhəli qısmində adı çəkilən iki Ermənistan vətəndaşını – A.Narek və A.Armeni saxlayıb. Onlar qətldə iştirakda günahlandırılırlar.

Türkiyə mediasının məlumatına görə, biznesmenin oğulları Sedat və Serdar atalarının 10 min dollarla yox çıxmasından sonra polisə məlumat veriblər. Stellanın oğlunun Sedata “atan bizim evdədir, gəl, apar” mesajını yazmasından sonra oğlu həmin ünvana gedib və atasını hamam otağında ölü halda tapıb. Məlumatda qatil M.Stellanın oğlu ilə birgə gəlini və azyaşlı nəvəsini də Ermənistana qaçırdığı deyilir. Həbs olunan ermənilər onların qaçmasına yardım etməkdə də günahlandırılır. Qətldə istifadə edilən tapançanı isə canilər dənizə atıblar.

Qeyd edək ki, Türkiyədə 70 mindən artıq Ermənistan vətəndaşı var. Bu dəhşətli qətl hadisəsindən sonra onların ölkədən qovulması məsələsinin gündəmə gəlməsi təəccüb doğurmaz.
Ermənilər İstanbulda biznesmeni qətlə yetirib Ermənistana qaçdılar - 2 erməni həbs edildi
Ermənilər İstanbulda biznesmeni qətlə yetirib Ermənistana qaçdılar - 2 erməni həbs edildi

Rubrika.Az

Geri qayıt