Əsas Səhifə > Hadisə > Misirdə qatar alışıb: 24 ölü, 50 yaralı - YENİLƏNİB
Misirdə qatar alışıb: 24 ölü, 50 yaralı - YENİLƏNİB27-02-2019, 13:33 |
|
12:27 Misirin paytaxtı Qahirənin mərkəzi vağzalında güclü yanğın baş verib. Rubrika.Az Trend-ə istinadən bildirir ki, hadisəyə səbəb qatarın yanacaq daşıyan sisternlə toqquşması olub. Toqquşmadan sonra partlayış qeydə alınıb. Yanğın nəticəsində 24 nəfərin öldüyü, 50-yə yaxın şəxsin xəsarət aldığı bildirilir. Hazırda vağzal təxliyə olunub. Qataralrın hərəkətində problem yaranıb. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir. 12:57 Misirdə dəmiryol stansiyasında yanğın baş verib. Mirror-un təcili xəbərinə görə İsgəndəriyyədən Qahirənin ən iri dəmiryol stansiyası - "Ramsis"ə gedən qatar platformaya çatanda alışıb. İlkin məlumata görə hadisə nəticəsində 15 nəfər ölüb, 20-dən çox yaralı var. Sosial şəbəkələrdə hadisə ilə bağlı görüntülər yayılıb. Fotolarda bir neçə nəfərin hərəkətsiz halda platformada uzanması əks olunub. Rubrika.az Geri qayıt |