Əsas Səhifə > Hadisə > Prezident əmək pensiyalarının artırılmasını nəzərdə tutan qanunu imzalayıb
Prezident əmək pensiyalarının artırılmasını nəzərdə tutan qanunu imzalayıb27-02-2019, 18:36 |
![]() Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Rubrika.Az Azərtac-a istinaden xəbər verir ki, qanunun 6-1-ci maddəsinin mətni aşağıdakı redaksiyada verilir: “Bu qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Bu qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”. Qanun 2019-cu il martın 1-dən qüvvəyə minir. Rubrika.Az Geri qayıt |