Əsas Səhifə > Hadisə > Nazir 29 nəfərin ölümünə görə istefa verdi
Nazir 29 nəfərin ölümünə görə istefa verdi27-02-2019, 22:51 |
![]() Misirin paytaxtı Qahirədə vağzalda baş verən yanğından sonra ölkənin nəqliyyat naziri Hişam Ərəfat Mehdi Əhməd istefa verib. Rubrika.Az Modern.az -a istinadən xəbər verir ki, artıq baş nazir Mustafa Mədbuli onun istefasını qəbul edib. Qeyd edək ki, səhər saatlarında vağzalda qatarların toqquşması nəticəsində partlayış və yanğın baş verib. Hadisə nəticəsində 29 nəfər həlak olub, 50-dən çox şəxs xəsarət alıb. Rubrika.Az Geri qayıt |