Əsas Səhifə > Müsahibə > Azərbaycan XİN başçısının İrana səfər tarixi məlum olub

Azərbaycan XİN başçısının İrana səfər tarixi məlum olub


28-02-2019, 10:44
Azərbaycan XİN başçısının İrana səfər tarixi məlum olub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İrana səfərinin tarixi məlum olub.

Rubrika.Az Report-a istinadən xəbər verir ki, səfər bu il martın 9-da reallaşacaq.
Bildirilir ki, E.Məmmədyarov Tehranda bir sıra rəsmi görüşlər keçirəcək, o cümlədən iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüşəcək.
Xatırladaq ki, "Report" daha əvvəl XİN başçısı Elmar Məmmədyarovun İran tərəfinin dəvəti ilə martın ilk ongünlüyündə İrana səfər edəcəyini xəbər vermişdi.

Rubrika.Az
Geri qayıt