Əsas Səhifə > Hadisə > Prokuror oteldə sevgilisini 33 bıçaq zərbəsi ilə öldürən Günelə 17 il cəza istədi
Prokuror oteldə sevgilisini 33 bıçaq zərbəsi ilə öldürən Günelə 17 il cəza istədi1-03-2019, 15:29 |
![]() Oteldə özündən 8 yaş kiçik sevgilisini öldürməkdə ittiham edilən qadın hakim qarşısına çıxarılıb. Rubrika.Az Musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı G.Hüseynovanın 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. İttihama görə, Günel Hüseynova sevgilisini onunla evlənmədiyi üçün öldürüb. Belə ki, Vüqar Atakişiyev G.Hüseynova ilə sevgi münasibətində olub. Sonra isə onunla evlənməyəcəyini dediyi üçün aralarında mübahisə yaranıb. Mübahisə zamanı G.Hüseynova Vüqarı qətlə yetirib. Elan olunmuş ittihamla G.Hüseynova özünü qismən təqsirli bilib. Qətl hadisəsi ötən il iyunun 25-də Binəqədi rayonundakı “Qrand” oteldə baş verib. Sabunçu rayon sakini G.Hüseynova sevgilisi, 1993-cü il təvəllüdlü Vüqar Atakişiyevi otelin ikinci mərtəbəsində bıçaqlayıb. Məlumata görə, onlar oteldə otaq kirayələyiblər. Oteldə gecələyən zaman tərəflər arasında mübahisə düşüb. Qadın bıçaqla oğlanın boğazına, ardınca isə qoltuq nahiyəsinə bir neçə zərbə vurub. V.Atakişiyev hadisə yerində dünyasını dəyişib. G.Hüseynovaya Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Rubrika.az Geri qayıt |