Əsas Səhifə > Hadisə > Göyçayda ev yandı - Ölən və xəsarət alan var

Göyçayda ev yandı - Ölən və xəsarət alan var


4-03-2019, 10:27
Göyçayda ev yandı - Ölən və xəsarət alan var

Göyçay rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 90 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı 1976-cı il təvəllüdlü Niftəliyev Bəxtiyar Bahadur oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Rubrika.Az
Geri qayıt