Əsas Səhifə > Din > Bibiheybət yolu yenidən çökdü - köhnə yolda tıxaclar əmələ gəlir
Bibiheybət yolu yenidən çökdü - köhnə yolda tıxaclar əmələ gəlir4-03-2019, 16:44 |
![]() Ziya Məmmədovun büdcə oğurluğu minlərlə insanı yolsuz qoyub Rubrika.Az musavat.com-a istinadla bildirir ki, martın 1-dən Lökbatan dairəsini “Azneft” dairəsi ilə bağlayan magistral yolun Bibeheybət məscidi ərazisindəki hissəsi çöküb. Bu səbəbdən Bakı Kristal-Abşeron və Salyan yolu 22 və 22A ünvanda yerləşən binalarda yaşayanlar nəqliyyat problemi ilə üzləşiblər. Ərazidən şəhərə gələn yeganə marşrut 125 saylı avtobus istiqamətini dəyişərək 20-ci sahə dairəsindən hərəkət edir. Bibiheybət yolunun çökməsi səbəbindən köhnə birtərəfli yolun ikitərəli hərəkətə açılması davamlı tıxaclara səbəb olur. Bakı-Ələt yolunun bir hissəsi olan magistralın tikintisi 2013-cü ildə başa çatıb. Ancaq yol keyfiyyətsiz tikildiyi üçün 2015 və 2017-ci illərdə təmir edilib. Bununla belə, çökmənin qarşısını almaq mümkün olmayıb. 2018-ci ildə də təmir işlərini aparan “Azəravtoyol” magistralın çökən hissələrini bir neçə dəfə yamayıb. Martın 1-dəki çökmədən sonra yolda yenidən təmir işlərinə başlanıb. Bakı Nəqliyyat Agentliyindən Musavat.com-a bildirilib ki, təmirin nə zaman bitəcəyi haqqında onlarda bilgi yoxdur. Təmir bitənə qədər isə 125 saylı Baku-BUS xəttinin marşrutunu bərpa edəcəyi gözlənilmir. Rubrika.Az Geri qayıt |