Əsas Səhifə > Hadisə > İki ayda dəm qazından zəhərlənənlərin SAYI AÇIQLANDI

İki ayda dəm qazından zəhərlənənlərin SAYI AÇIQLANDI


4-03-2019, 16:53
İki ayda dəm qazından zəhərlənənlərin SAYI AÇIQLANDI

Bu ilin iki ayı ərzində 42 nəfər dəm qazından zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib.

Bu barədə Lent.az-a Mərkəzin Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov bildirib.

Onun sözlərinə görə, dəm qazından zəhərlənənlər arasında ölüm halı baş verməyib: “Dəm qazından zəhərlənənlərdən 4-ü azyaşlı olub. Zəhərlənmə hallarının hamısı vanna otağında baş verib”.

A.Maqsudov onu da qeyd edib ki, bu ilin ötən müddəti ərzində 24 nəfər dərman vasitələrindən zəhərlənib. Bundan başqa 6 nəfər sirkə turşusundan zəhərlənib.

Rubrika.az
Geri qayıt