Əsas Səhifə > Hadisə > Azərbaycanda polis rəisi işdən çıxarıldı
Azərbaycanda polis rəisi işdən çıxarıldı4-03-2019, 20:14 |
|
Xocavənd rayon Polis şöbəsinin rəisi vəzifəsindən azad edilib. Rubrika.Az "Report"a istinadən məlumat verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Xocavənd rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Yadigar Hüsən oğlu Hüseynov tutduğu vəzifədən azad edilib. Onun yerinə hələlik təyinat yoxdur. Qeyd edək ki, Y.Hüseynov bu vəzifəyə 2015-ci ildə təyin olunmuşdu. Rubrika.Az Geri qayıt |